ağa kimi dolanmaq (zəhmətsiz, firavan yaşamaq)

to live a life of ease / to live a well-to-do life (to live in easy circumstances) жить барином
ağa ağ, qaraya qara demək
ağa qara demək
OBASTAN VİKİ
Firavan Əsgərov
Firavan Xanbala oğlu Əsgərov (14 mart 2001, Surra, Sabirabad rayonu – 2020, Füzuli rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. Firavan Əsgərov 2001-ci ildə Sabirabad rayon Surra kəndində anadan olmuşdur. 2008-ci ildə Şəfi Babayev adına Surra kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2019-cu ildə orta məktəbi başa vurduqdan sonra Sabirabad rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi hərbi xidmətə çağırılmışdır. İlk hərbi xidməti Cəlilabad rayonunda keçmişdir. Andiçmədən sonra Bakıda XTQ hissəsində hərbi xidmətini davam etdirib. 2020-ci ilin iyun ayından başalayaraq Türkiyə və Pakistan ordusu ilə hərbi təlimlərə başladılar. Firavanın ilk döyüşü 2020-ci il sentyabr ayının 20-də öz hərbçi yoldaşları ilə birlikdə Goranboyda başladı. Bir çox döyüş yolları keçib, Tovuz döyüşlərində iştirak edib. Murov yüksəkliyinin alınmasında, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrutun və onun bəzi qəsəbələrinin alınmasında iştirak edib.
Yaşamaq hüququ
Yaşamaq hüququ (ing. Right to life) — İnsanın ən mühüm təbii hüquqlarından biri. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Yaşamaq hüququ insanın mövcudluğu ilə bağlıdır və onu insana heç kəs vermir. Bu hüquq, sadəcə insanın doğulması faktı ilə yaranır. Hər bir şəxs psixobioloji catışmazlığa malik olub olmamasından, habelə şəxsi-mənəvi keyfiyyətlərindən asılı olmayaraq yaşamaq hüququna malikdir. Yaşamaq hüququnun konstitusion təminatlarından biri ölüm cəzası ilə bağlıdır. Yaşamaq hüququ ölüm cəzasının məhdudlaşdırıcısı kimi çıxış edir. İnsanın yaşamaq hüququ beynəlxalq birlik tərəfindən birmənalı şəkildə qəbul edilmiş və beynəlxalq hüquqi aktlarda öz əksini tapmışdır. Ümumiyyətlə, insan və vətəndaş hüquqları, onun əsas azadlıqları problemi mürəkkəb və çoxplanlı xarakterə malikdir.
Kimi Raikkonen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Kimi Raykkonen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Kimi Raykonen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Kimi Rəykkönen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Yuxu kimi
Yuxu kimi — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. Ailə şərəfini hər şeydən üstün tutan Habil (Məhəmməd Verdizadə) qızı Yasəmənin (Aysel İbrahimova) öz qohumu Cövdətlə (Niyaz İlyasoğlu) ailə qurmasını istəyir. Yasəmən isə kimsəsiz Aqşini (İbrahim Çingiz) sevir. Bir müddət sonra Aqşin iş ardınca müvəqqəti Rusiyaya gedir. Ailələrin heç biri qızın istəyi ilə hesablaşmayaraq, onu Cövdətə nişanlayırlar. Aqşin mobil telefonunu itirdiyi üçün Yasəmən ona əvvəlcədən xəbər verə bilmir. O, baş verənlərdən yalnız Bakıya qayıdandan sonra xəbər tuta bilir. Tərəflər baş vermiş hadisələrə görə bir-birini günahlandırsalar da, sevgi hissi daha üstün gəlir. Toyuna az müddət qalmış Yasəmən Aqşinlə birlikdə evdən qaçmağa məcbur olur. Habil bu hadisədən xəbər tutanda intihara cəhd edir.
Yaşamaq (film, 1952)
Yaşamaq (生きる, Ikiru) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1952-ci il istehsalı Yaponiya dram filmi. Baş rolda Takaşi Şimura oynayır. Film Tokio bürokratiyasının çatışmazlıqlarından və həyatın mənasından bəhs edir. Ssenari Lev Tolstoyun 1886-cı ildə yazdığı "İvan İlyiçin ölümü" novellasından təsirlənib. Filmin əsas mövzularına yaşamağın yolu, bürokratiyanın çatışmazlıqları və Yaponiyada ailə həyatıdır. Bu mövzular akademiklər və tənqidçilər üçün mövzu olmuşdur. Film tənqidçilər tərəfindən bəyənilmiş, Kinema Cunpo və Mayniçi mükafatlarını qazanmışdır. 2007-ci ildə televiziya filmi remeyki çəkilmişdir. Filmin baş qəhrəmanı Kanci Vatanabe adlı orta yaşlı dövlət məmurudur. O, öz bürokratik vəzifəsində 30 il boyunca monoton həyat tərzi keçirib.
Yaşamaq uğrunda mübarizə
Yaşamaq uğrunda mübarizə — Yaşamaq uğrunda mübarizə dedikdə təkcə açıq şəkildə birbaşa mübarizə deyil, bir növ daxilində, növlər və mühit amilləri arasında olan mürəkkəb, çoxcəhətli münasibətlər nəzərdə tutulur. Hər bir fərdin təbiətdə yaşaması üçün müəyyən yaşayış sahəsi lazımdır, lakin onların doğulan balalarının sayı yaşayış üçün zəruri olan sahədən çox olur, yəni intensiv çoxalırlar. Kütləvi surətdə çoxalan orqanizmlərin bir qismi əlverişsiz mühit şəraitinin təsirindən, digər qismi isə başqa heyvanlar tərəfindən məhv edildiyindən onların çox az bir hissəsi cinsi yetkinliyə çatır. Məsələn, bir dəniz tısbağası yüzlərlə yumurta qoyur, lakin bu yumurtalardan çıxan balaların heç də hamısı sağ qalmır. Qida və su çatışmazlığı, habelə yaşayış məskənlərinin məhdudluğu, yaranan rəqabət, yırtıcıların hücumu, xəstəliklər onların yaşamaq qabiliyyətinə mane olur və yaşamaq uğrunda mübarizəyə gətirib çıxarır . Var olmaq mübarizəsi konsepsiyası, yaşamaq üçün lazımlı qaynaqlar uğrunda rəqabət və ya döyüşə aiddir. İnsan cəmiyyətinə və ya təbiətdəki orqanizmlərə müraciət edə bilər. Konsepsiya qədimdir və mövcudluq uğrunda mübarizə termini 18-ci əsrin sonlarında istifadə olunurdu. 17-ci əsrdən etibarən bu konsepsiya populyasiyanı aşan insanla əlaqələndirildi; bu məsələ Tomas Robert Maltusun Binjamin Franklinin Bəşəriyyətin Artması, Ölkələrin Yenidənqurma və s. ilə əlaqəli müşahidələrinə əsaslanan əhali prinsipinə dair Bir məqalədə sərt şəkildə göstərilmişdir .
Yaşamaq gözəldir, qardaşım!
"Yaşamaq gözəldir, qardaşım!" — rejissorlar Ramiz Əsgərov və Antonis Voyazos ilk tammetrajlı bədii filmi. Kino əsərinin qəhrəmanları 20-ci illərdə Yaxın Şərq ölkələrindən birində gizli fəaliyyət göstərən gənc kommunistlərdir. Əhməd(Vladimir Koval) gizli fəal kommunistlərdən biridir. O və dostu İsmayıl(Oleq Xabalov) kəndlərdən birində yerləşib kommunizmi təbliğ edən qəzet çıxarmaq fikrindədirlər. Lakin Əhmədi quduz olma ehtimalı olan itin dişləməsi hadisələrin xəttini dəyişir... 1)1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Kinodebütə və filmdə müasir dövrün görkəmli şairi Nazim Hikmətin avtobioqrafik nəsr əsərinin ekranda təcəssümünə cəhd göstərildiyinə görə SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilmişdir. Film türk yazıçısı Nazim Hikmətin "Romantika" romanı əsasında ekranlaşdırılmışdır. Film rejissorlar Ramiz Əsgərov və Antonis Voyazosun ilk yaradıcılıq işidir. Film quruluşçu rəssam Fikrət Bağırovun kinoda ilk işidir. Əsərin müəllifi : Nazim Hikmət Ssenari müəllifi : Leonid Aqranoviç Quruluşçu rejissor : Ramiz Əsgərov, Antonis Voyazos Quruluşçu operator : Rasim İsmayılov Quruluşçu rəssam : Nadir Zeynalov, Fikrət Bağırov Bəstəkar : Fikrət Əmirov Səs operatoru : İqor Popov Rejissor assistenti : Əşrəf Mamayev, Murad Məlikov, Ramiz Əliyev (R. Əliyev kimi) Operator assistenti : Eduard Qalakçiyev, R. Əliyev Rəssam assistenti : Rafiz İsmayılov, M. Səfərəliyeva Qrim edən : Telman Yunusov Montaj edən : A. Filimonova Məsləhətçi : Ə. Babayev (filologiya elmləri namizədi) Redaktor : Nataliya Şneyer Filmin direktoru : S. Bəyazov Çalır : Azərbaycan Radio və Televiziya Studiyasının Kamera Orkestri Dirijor : Nazim Rzayev Vladimir Koval-Əhməd Oleq Xabalov-İsmayıl Nelli Zinovyeva-Annuşka Murad Məlikov-Kərim Kseniya Minina-Marusya M. Qasımbəyov-Si Ya-u Ağasadıq Gəraybəyli-Şükrü bəy Bəşir Səfəroğlu-Ziya Valentin Qrudinin-Qolçomaq Abbas Rzayev - Kəndli Məleykə Ağazadə-Şükrü bəyin arvadı Yusif Yulduz-Naməlum adam Abşeron Adıgözəlov Jenya Aleksandrov Əliheydər Həsənzadə-Türk qəzet alan Hamlet Xanızadə-Ziya (Bəşir Səfəroğlu) (titrlərdə yoxdur) Şahmar Ələkbərov-Əhməd (Vladimir Koval) (titrlərdə yoxdur) Həsənağa Turabov-İsmayıl (Oleq Xabalov) (titrlərdə yoxdur) Əminə Yusifqızı-Annuşka (Nelli Zinovyeva) (titrlərdə yoxdur) Rafiq Əzimov-Si Ya-u (M. Qasımbəyov) (titrlərdə yoxdur) Sadıq Hüseynov (titrlərdə yoxdur) Yusif Vəliyev-Kəndli (Abbas Rzayev)(titrlərdə yoxdur) Həsən Əbluc-Petrosyan (titrlərdə yoxdur) Kamil Qubuşov-Rus kəndli (titrlərdə yoxdur) Əzizağa Qasımov (titrlərdə yoxdur) Газета "Советская культура", 5 августа 1967 г.
Ağa
Ağa — Azərbaycanlı kişi adı. Ağa Əlizadə — Qafqaz müsəlmanlarının VIII Şeyxülislamı Ağa Aşurov — mühəndis, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü Ağa Axundov — mühəndis, energetik. Ağa Hacı Molla Tağızadə — Azərbaycan şairi Ağa Yaqub Erməni — Gürcüstan ermənilərindən olan Fətəli şah Qacar hərəminin saray xocalarından və şah hərəmxanasının naziri Ağa Əliyev — Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq Ağa Ağamirov — Ağa Mustafayev — Ağa Paşa Qarabaği — Digər Ağa hamamı — Fateh Sultan Mehmet tərəfindən inşa etdirilən tarixi hamam.
Olduğu kimi (konsert)
Olduğum kimi (konsert)
Tanrı illüziya kimi
Tanrı illüziyası (ingilis. The God Delusion) — Britanyalı məşhur etoloq Riçard Dokinzin 2006-cı ildə Birləşmiş Krallıqda The God Delusion adı ilə yayınladığı, beynəlxalq səviyyədə ən çox satılanlar siyahısında olmuş kitab. Tanrının mütləq şəkildə var olmadığını, dinin, cəmiyyət və xüsusilə də uşaqlar üzərində zərərli təsirləri olduğunu iddia edən fiksiya olmayan elmi əhəmiyyətli kitabdır. Azərbaycanda Qanun nəşriyyatı tərəfindən 2018-ci ildə nəşr olunmuşdur. Kitab 10 əsas başlıqdan ibarətdir İçdən inanan bir inancsız Tanrı fərziyyəsi Tanrının varlığı üçün göstərilən sübutlar Nə üçün hardasa dəqiq olaraq tanrı yoxdur? Dinin mənşəyi Əxlaqın mənşəyi: Nə üçün yaxşıyıq? "Yaxşı" kitab və dəyişkən əxlaq anlayışı Dinin problemi nədir? Nə üçün bu qədər düşmən olmaq lazımdır? Uşaqlıq, istismar və dindən qaçış Çox vacib boşluq var? Kitab haqqında edilmiş bəzi şərhlər — "Hamının oxumalı olduğu bir əsərdir." The Economist — "Əyləncəli, olduqca dolğun və görkəmli formada yazılıb.
Uşaq kimi (mahnı)
Uşaq kimi – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin mahnısıdır. Sinql 6 avqust 2016-ci il tarixində buraxılmışdır. Sözləri Rauf Sübhiyə, musiqisi isə Rabil Səfərliyə aiddir. Söz: Rauf Sübhi Musiqi: Rabil Səfərli Aranjiman: Rabil Səfərli Miksinq və Masterinq: Givi Usenaşvili 2017-ci ilin 8 noyabrında mahnının remiks versiyası işıq üzü görmüşdür.
Horton kimi eşidir?
Horton kimi eşidir? (ing. Horton Hears a Who!) — 2008-ci il ABŞ istehsalı animasiya filmi. Film Dr. Syuzun 1954-cü ildə yazdığı eyni adlı uşaq kitabı əsasında çəkilmişdir. Animasiyası "Blue Sky Studios" tərəfindən hazırlanmışdır. Filmin rejissorları Cimmi Heyvord və Stiv Martinodur (bu onların rejissorluq debütləridir). Əsas personajları Cim Kerri və Stiv Karell səsləndirmişdir. Bir gün Horton vanna qəbul edərkən havada üzən toz zərrəsindən kiçik bir səsin gəldiyini eşidir. O, həmin tozun üzərində yaşayan Kimlər şəhəri (ing.
Xidmət kimi proqram
Xidmət kimi proqram təminatı (ing. Software as a service; SaaS) — proqram təminatının abunə əsasında lisenziyalaşdırıldığı və mərkəzləşdirilmiş şəkildə yerləşdiyi lisenziyalaşdırma və çatdırılma modeli. SaaS həmçinin tələb olunan proqram təminatı, veb-əsaslı proqram təminatı və ya veb-host proqram təminatı kimi də tanınır. SaaS, xidmət kimi infrastruktur (IaaS) və xidmət kimi platforma (PaaS) ilə birlikdə bulud hesablamalarına xas biznes modelidir. SaaS proqramlarına adətən veb brauzer istifadəçiləri ("incə" müştəri) daxil olurlar. SaaS ofis proqramı, mesajlaşma proqramı, əmək haqqı emal proqramı, DBMS proqramı, idarəetmə proqramı, CAD proqramı, inkişaf proqramı, oyunlaşdırma, virtuallaşdırma, mühasibatlıq, əməkdaşlıq, müştəri münasibətlərinin idarə edilməsi (CRM), idarəetmə məlumat sistemləri (MIS), müəssisə resurslarının planlaşdırılması (ERP), faktura, sahə xidmətinin idarə edilməsi, insan resurslarının idarə edilməsi (HRM), istedadların əldə edilməsi, öyrənmə idarəetmə sistemləri, məzmunun idarə edilməsi (CM), coğrafi informasiya sistemləri (GIS) və xidmət masasının idarə edilməsi daxil olmaqla bir çox iş proqramları üçün ümumi çatdırılma modelidir. SaaS demək olar ki, bütün korporativ proqram təminatı şirkətlərinin strategiyalarına daxil edilmişdir. Biznes proqramlarının mərkəzləşdirilmiş hostinqi 1960-cı illərə təsadüf edir. Həmin illərdən başlayaraq, IBM və digər əsas kompüter provayderləri tez-tez vaxt mübadiləsi və ya kommunal hesablama kimi adlandırılan bir xidmət bürosu işi aparmağa başladılar. Bu cür xidmətlərə hesablama gücü və verilənlər bazası saxlanması, banklara və digər böyük təşkilatlara öz ümumdünya məlumat mərkəzlərindən təklif etmək daxildir.
Yaşamaq yanğısı (film, 1956)
"Yaşamaq yanğısı" (ing. Lust for Life) — rejissor Vinsent Minnellinin 1956-cı ildə İrvinq Stounun eyniadlı əsəri əsasında lentə aldığı film. Film dünya şöhrətli holland rəssam Vinsent van Qoqun həyat və yaradıcılığından bəhs edir. Film Vinsent Van Qoqun tərcümeyi-halının ümumi cizgilərini göstərərək, eynilə İrvinq Stounun romanının süjet xəttini özündə əks etdirir. Vinsent van Qoqun dəhşətli dərəcədə incəsənətə mübtəla olması onu məcazi mənada nəfəsini kəsir və məhv etməyə başlayır. Din əleyhinə çıxış edən insanlar onun Allaha məhəbbətini heç cür qəbul edə bilmirlər. Buna görə də onlar rəssamı ictimai fəallıqda və kömür sənayesində çalışan kasıbların qayğısına qalmaqda ittiham edirlər. Bütün bunlardan cana doyan rəssam ata evinə qayıdır. Orada dəlicəsinə sevdiyi qadın tərəfindən rədd edilir. Sonra isə bir fahişə ilə dostluğa başlayır.
Cəfər Ağa
Qanlı Cəfər Ağa — (türk. Kanlı Cafer Ağa; v. 1521, Konstantinopol) — Osmanlı admiralı. Cəfər Ağa Osmanlı imperiyasında 1516–1520-ci illərdə donanmaya rəhbərlik etmişdir. Cəfər Ağa yerli xalqa qarşı zülm etməsi və səbəbsiz vergilər toplaması səbəbindən 1521-ci ildə Sultan Süleyman Qanuninin göstərişi ilə İstanbul şəhərində edam edilmişdir.
Gövhər ağa
Gövhər ağa (əsil adı Gövhərnisə bəyim) (1790—1888) — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır. Şəki xanı Cəfərqulu xan Xoyskinin xanımı olmuşdu. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanımdır. Gövhər ağa gənc yaşlarında Qarabağ və Cənubi Qafqaz gözəli, ahıl yaşlarında isə Qarabağda öz dövrünün məşhur xeyriyyəçilərindən biri hesab edilmişdi. Övladı olmamış, bacısı oğlu Süleyman xanı − Şəki xanı Səlim xanın oğlunu, oğulluğa götürmüşdü. Gövhər ağa həm də məşhur şairə Xurşidbanu Natəvanın bibisi idi. Müasirləri Gövhər ağanı Cənubi Qafqaz gözəli hesab ediblər. Deyilənlərə görə məhz onun bu gözəlliyi sayəsində qardaşı Mehdiqulu ağa Qarabağ xanı təyin olunmuşdur. Mehdiqulu ağa isə Qarabağ xanı təyin edilməsinin müqabilində, bu işdə vasitəçi olmuş Cəfərqulu xan Xoyskiyə bacısı Gövhər ağanı ərə vermişdi. Elə həmin ilin - 1806-cı ilin, sonunda Cəfərqulu xan Xoyski Şəki xanı təyin edilir.
Hatəmxan ağa
Hatəmxan ağa — Qarabağın adlı-sanlı bəyi, Çəmənli oymağının görkəmli nümayəndəsi. Hatəmxan ağa XVIII əsrdə yaşamış, 1698 ildə anadan olmuş, uzun illər Çəmənli oymağının başında durmuşdur. Sələflərindən xələflərinə ötürülən məlumata görə, o, yüz il ömür sürmüş, qeyri-adi bacarığa malik, hazırcavab, qonaqpərvər insan kimi tanınmış, Qarabağda mahir at çapması ilə yaddaşlarda qalmışdır. Hatəmxan ağa Qarabağ xanlığının qurucusu Pənahəli xanın, onun oğlu İbrahimxəlil xanın hakimiyyətləri dövründə Qarabağın hörmətli, qoçaq, ədalətl insanlarından sayılmışdır. Mirzə Fətəli Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" əsərindəki Hatəmxan ağa surəti Çəmənli Hatəmxan ağanın protipidir. Görkəmli Azərbaycan şairi Molla Vəli Vidadi Molla Pənah Vaqiflə deyişmələrinin birində Hatəmxan ağanın adını çəkmişdir: Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qasım bəy Zakir şeirlərindən birində Qarabağın vəziyyətini, insanlarını təhlil edərkən Hatəmxan ağanın adını ehtiramla yad etmişdir: O, başqa bir şeirində də Hatəmxan ağanın adını xatırlamışdır. Hatəmxan ağa 1798 ildə Çəmənli oymağında vəfat etmişdir. Nadirqulu bəy Hatəmxan ağa oğlu (...-1848) Çəmənli oymağında dünyaya gəlmişdir. Hatəmxan ağadan sonra uzun illər Çəmənli oymağının yüzbaşısı olmuşdur. Fars, rus dillərini bilmişdir.
Həsən ağa
Həsən ağa (XVIII əsr, Şəki – Şəki) — Şəki xanzadəsi. I Şəki xanı Hacı Çələbi xanın oğlu, II Şəki xanı Ağakişi bəyin qardaşı, III Şəki xanı Məhəmmədhüseyn xanın atası.
Mahmud ağa
Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadə (1826, Şamaxı – 12 mart 1896, Şamaxı) — bütün Qafqazda tanınmış musiqi xadimi, sənəti, şeiri, musiqini sevən, əliaçıq, qonaqpərvər bir mesenat – incəsənət himayəçisi idi. O, musiqiçilərin qayğısına qalır, onlara maddi köməyini əsirgəmirdi. O dövrdə Qafqazın bütün məşhur xanəndə və tarzənləri Mahmud ağanın məclisində iştirak edirdilər. Şamaxı şəhərinin abadlaşdırılmasında onun müstəsna xidmətləri olmuşdur. Mahmud ağa görkəmli musiqişünas kimi tanınıb, mahir tar çalırmış, muğam bilicisi idi. O, həm də gözəl avazla pəsdən oxuyurmış. Bu dövrdə Şamaxıda Seyid Əzim Şirvaninin başçılıq etdiyi "Beytüs-Səfa" adlı ədəbi məclis də fəaliyyət göstərirdi. Mahmud ağa həmin məclisin üzvlərinə himayədarlıq edirdi. Seyid Əzim Şirvani ilə dostluq əlaqələri saxlayırdı. Özü də şeiri, musiqini çox sevirdi, gözəl tar çalır və muğamları pəsdən oxuyurdu.
Miriş Ağa
Miriş Ağa (əsl adı: Ağa Mirağa; v. 1906, Naxçıvan) — el ağsaqqalı. Ulu babası orta əsrlərdə Yaxın Şərqdən Naxçıvana gəlmiş Şəms İbn Min əl-Əms adlı müqəddəs bir şəxs olmuşdur. Miriş ağa onun nəslinin son görkəmli nümayəndəsi olmuşdur. "Miriş" soyadı da onun adı ilə bağlı yaranmışdır. Xalqın inam və etiqad yeri olan Miriş ağa şəhərin erməni və rus icmalarının etimadını qazanmışdır. Deyilənə görə, Miriş ağa rəhmətə gedənə qədər Naxçıvan xanı Cəfərqulu və rus keşişi hər il Novruz bayramında ağanın evinə gəlib, onu təbrik edərmişlər. Naxçıvan Dövlət Arxivində saxlanan bir sənəddə deyilir ki, 1905-ci ilin ortalarında Cəhri kəndində qanlı erməni-müsəlman qırğınının qarşısı məhz Miriş ağanın övladları Mir Cəfər, Mir Həsən və Mir Aqilin Naxçıvanda maarif və mədəniyyətin inkişafında mühüm xidmətləri olmuşdur. 1906-cı ildə Naxçıvanda vəfat etmişdir. Naxçıvan Ensiklopediyası.
Mirmöhsüm Ağa
Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı – 17 noyabr 1950, Bakı) — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi. 1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər. 40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq " deyilən ərazidə yerləşir.